Azərbaycan Premyer Liqasının püşkatma mərasimi keçiriləcək

13:29 - 7 İyul 2026

Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, mərasim iyulun 17-də "Holiday Inn" hotelində baş tutacaq. Saat 15:00-da başlanacaq tədbirə bütün media nümayəndələri dəvətlidir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 14-də start götürəcək.

Xəbər xətti