Azərbaycanın U-21 yığma komandasının sabiq forvardı Barış Ekincier Türkiyədə komandasını dəyişib.
Sportal.az xəbər verir ki, 27 yaşlı sol vinger "Umraniyespor"dan ayrılıb.
Ekincier karyerasını II liqada yarışan "Elazığspor"da keçirəcək.
Tərəflər arasında razılıq əldə edilib.
Qeyd edək ki, Barış Ekincier Azərbaycanın U-17, U-19 və U-21 yığmalarının heyətində forma geyib.
saytlarin hazirlanmasi
