"Argentina millisinin taleyi öz əlindədir, favoritdirlər" - dünya ulduzu

14:22 - 19 İyul 2026

"Qolden State Varrios”un ulduz basketbolçusu, ABŞ milli komandasının aparıcı oyunçusu Stiven Karri DÇ-2026 ilə bağlı proqnozunu açıqlayıb.

Sportal.az "Clutch Points"ə istinadən xəbər verir ki, tanınmış basketbolçu İspaniya – Argentina görüşündə argentinalıları favorit hesab edir:

"Hansı komanda qalib gələcək? Rəqib Messiyə qarşı oynayırsa, onlara proqnoz vermək çətindir. Görünür ki, komandanın taleyi öz əllərindədir. Argentina hardasa favoritdir. Əyləncəli və maraqlı matç olacaq".

Argentina hazırkı dünya çempionudur. Onlar bu gün axşam mundialın finalında İspaniya ilə qarşılaşacaq. Qarşılaşma ABŞ-ın Şərqi Rezerford şəhərindəki MetLife stadionunda keçiriləcək.
 

Xəbər xətti