Azərbaycanlı futbolçu Zamiq Əliyev “Eqnatiya”nın düşərgəsinə geri qayıdıb.
Sportal.az xəbər verir ki, məşqçilər korpusu və rəhbərliyi komandanın yay toplanışına qatılmadığı, heyətə qoşulmamasını yaranmış hadisəyə görə anlayışla qarşılayıb.
Belə ki, Əliyev hərbi xidmət məsələsibə görə ölkəni tərk edə bilmirdi. Amma sonradan, işlərini qaydasına düşdüyü üçün onun ölkədən çıxışına icazə verilib. Əliyev saytımıza açıqlamasında bunları deyib:
"Hər şey yaxşıdır. Məşqlərə də başlamışam, komanda ilə məşqlərimi edirəm. Öz formamdan uzaq olsam da, yəqin ki, 1-2 həftəyə formamı bərpa edə biləcəm".
