Turan Manafov komandasını məhkəməyə verib.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, buna səbəb məxsus olduğu Cənubi Afrika Respublikasının (CAR) “Stellenboş” klubunun onunla müqaviləni bir tərəfli qaydada xitam verməsidir.
FİFA qaydaları buna icazə vermir.
Problem yarandığı halda belə oyunçuya möhlət verilməlidir.
Afrikalılar millimizin sabiq müdafiəçisinə qarşı sərt davranıb.
Klubun atdığı addıma səbəb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) çağırışı ilə futbolçunun ölkədən çıxışına qadağa qoymasıdır.
"Qəbələ" qış fasiləsində Turanı CAR klubundan 4 aylıq icarəyə götürmüşdü.
Cinah müdafiəçisi mövsümün sonu yenidən məxsus olduğu kluba qayıtmalı idi.
Amma 27 yaşlı futbolçunun Azərbaycandan çıxışına icazə verilmədiyi üçün istəyi baş tutmayıb.
Nəticədə “Stellenboş”a qoşulmaq mümkün olmayıb.
Yaranmış vəziyyəti nəzərə alan qarşı tərəf millimizin sabiq oyunçusu ilə müqaviləyə xitam verib.
Bu barədə məktub həmyerlimizə göndərilib.
Məhz bundan sonra Turan qarşı tərəfi məhkəməyə verib.
"Neftçi"nin yetirməsi 2025-ci ildə “Stellenboş”a transfer olunub.
O, adıçəkilən klubda 10 qarşılaşmada forma geyinib.
Tərəflər arasında müqavilənin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.
saytlarin hazirlanmasi
