"Neftçi"nin yeni transferi Qustavo Klisman Sportal.az saytına açıqlama verib.
"Ağ-qaralar"ın yarımmüdafiəçisi Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Dinamo"ya (Minsk) qarşı keçirilmiş ilk (2:4) görüşü haqda danışıb.
Onun fikrincə, "Neftçi" səfərdəki matçda lazım olan nəticəni qazana bilər: "Biz bu oyuna yaxşı hazırlaşmışdıq. Uğurlu nəticə qazanmaq istəyirdik. Matça yaxşı da başladıq. Amma bir müddət sonra komanda qollar buraxdıq, səhvlərə yol verdik və qapımızda qollar gördük. Sonradan nə baş verdisə, özümüz də başa düşmədik. Bunu bəlkə də ilk oyun olması ilə bağlamaq olar. Fərdi səhvlər etdik. Bu da gətirdi buna çıxardı.
Bəli, hesab 2:2 olanda da, qol epizodum var idi. Vurduğum zərbə qol olsaydı, oyunda geri döneş etmək də mümkün olardı. Nəticəyə baxmayaraq, şansımız hələ də qalıb. Həftəboyu işləyəcəyik ki, səfərdə qələbə qazanaq".
Braziliyalı futbolçu 3-cü mərhələdəki potensial rəqib haqda indidən düşünmədiklərini söyləyib: "Fikrimiz "Braqa"da qalmışdı? Əlbəttə ki, yox. Hər oyuna məsuliyyətlə yanaşmaq lazımdır. Mərhələnə keçdikdən sonra "Braqa" və yaxud "Jelezniçar" haqda düşünmək olar. Azarkeşlərə təşəkkür edirəm ki, ilk dəqiqədən sona qədər bizə dəstək oldular. Təəssüf ki, qarşılığını verə bilmədik. Azarkeşlərdən üzr istəyirik. Ürəyimizcə olan nəticə deyildi. 90 dəqiqə bizi çox yaxşı dəstəklədilər. Onun qarşılığını səfərdə geridönüş edərək, növbəti mərhələyə keçərək verək".
Mirbağırağa
saytlarin hazirlanmasi
