ÇSKA(Sofiya) Avropa Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"a qarşı keçiriləcək cavab görüşünün biletlərini satışa çıxarıb.
Sportal.az xəbər verir ki, bu barədə Sofiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Fanatlar oyunun biletlərini həm onlayn, həm də matçın keçiriləcəyi "Vasil Levski" stadionunun kassalarından və klubun rəsmi mağazasından əldə edə biləcəklər.
ÇSKA - "Qarabağ" matçının biletləri 12 avrodan 100 avroya qədərdir.
Qeyd edək ki, görüş iyulun 30-da baş tutacaq.
saytlarin hazirlanmasi
