"Nyukasl" heyətini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Monako"dan Aladji Bambanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Nyukasl" fransalı dayaq yarımmüdafiəçisi üçün Liqa 1 klubuna 35 milyon avro təzminat ödəyib. 20 yaşlı futbolçu ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Aladji Bamba 2025/26 mövsümündə "Monako"nun heyətində meydana çıxdığı 23 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi
