İtaliya milli komandasının yeni baş məşqçisi müəyyənləşmək üzrədir.
Sportal.az xəbər verir ki, federasiya Andrea Pirlo ilə anlaşıb. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
47 yaşlı mütəxəssislə 2030-cu ildə keçiriləcək dünya çempionatının sonuna kimi nəzərdə tutulan müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Andrea Pirlo hazırda Birləşmiş Ərəb Əmirliklərinin "Yunayted" klubunu çalışdırır.
saytlarin hazirlanmasi
