"Çelsi"nin müdafiəçisi Trevo Çaloba karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Komo" ingiltərəli futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
A Seriyası klubu Çaloba üçün 25+5 milyon avroluq rəsmi təklif göndərib. 27 yaşlı mərkəz müdafiəçisi özü "Komo"ya keçməyə isti yanaşır.
Qeyd edək ki, Trevo Çaloba "Çelsi"nin yetirməsidir. İngiltərə millisinin üzvü 2025/26 mövsümündə London təmsilçisinin heyətində 47 rəsmi matçda 3 qol vurub.
saytlarin hazirlanmasi
