Kabo-Verde millisi Azərbaycana gələcək

22:54 - 24 İyul 2026

15 yaşadək futbolçulardan ibarət Kabo-Verde millisi Azərbaycana gələcək.

Sportal.az xəbər verir ki, bu barədə Kabo-Verde Futbol Federasiyasının prezidenti Mario Semedo yerli mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, FIFA quruma Azərbaycanda ilk dəfə keçiriləcək U-15 dünya çempionatında iştirak üçün dəvət göndərib.

Beləliklə, Kabo-Verdenin U-15 millisi ölkəmizdə təşkil olunacaq turnirin ilk iştirakçılarından biri olacaq.

Qeyd edək ki, U-15 dünya çempionatı bu il oktyabrın 22-dən 31-dək Azərbaycanda keçiriləcək. Yarışda FIFA-ya üzv milli assosiasiyaların 15 yaşadək yığma komandaları iştirak edə biləcəklər.(Sport24.az)

Xəbər xətti