Çempionlar Liqasının təsnifat mərhələsinin ikinci turunda keçirilən bir sıra cavab oyunları UEFA reytinqindəki ölkələrin reytinqini yeniləyib.
Sportal.az xəbər verir ki, “Sabah” Kuopioda Finlandiyanın “KuPS” klubunu 2:0 hesabı ilə məğlub etməsi Azərbaycanın xalına daha 0,250 xal əlavə edib.
Hazırda Azərbaycan reytinqdə 20.687 xalla 26-cı yerdədir.
İsrail Azərbaycandan bir pillə yuxarıdadır (21.500), Slovakiya isə bir pillə aşağıdadır (19.500).
Azərbaycan Avropa mövsümünə 18.562 xalla başlayıb.
