"Qəbələ"nin yeni transferinə baxın - VİDEO

11:22 - 29 İyul 2026

"Qəbələ” yeni futbolçu ilə anlaşıb. Bölgə təmsilçisi Bruno Silvanı heyətinə cəlb edib.

Portuqaliyalı vingerlə 1+1 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı futbolçu son olaraq vətənində “Oliveyrense” klubunda oynayıb.

O, daha əvvəl “Vilaverdense” (Portuqaliya) və “Jenis” (Qazaxıstan) kimi klubların da şərəfini qoruyub.

Sportal.az onun əvvəllər formasını geyindiyi klublardakı performans videosunu təqdim edir: 

Xəbər xətti