Premyer Liqa klubundan 30 milyon avroluq transfer

11:24 - 1 Avqust 2026

"Braqa"nın qapıçısı Lukas Horniçek karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Nyukasl" çexiyalı qolkiperin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Nyukasl" Horniçek üçün Portuqaliya klubuna 30 milyon avro təzminat ödəyəcək. 24 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Çexiya millisinin üzvü olan Lukas Horniçek 2025/26 mövsümündə "Braqa"nın heyətində meydana çıxdığı 55 rəsmi matçda qapısında 51 qol görüb.

Xəbər xətti