PSJ 60 milyon avroluq transferə hazırlaşır

12:21 - 1 Avqust 2026

"Ayaks"ın futbolçusu Mika Qodts karyerasını Fransada davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, PSJ belçikalı vingeri transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Liqa 1 nəhəngi Qodtsla şəxsi müqavilənin şərtlərini razılaşdırıb. 21 yaşlı ön xətt oyunçusunun PSJ-yə keçidi 60 milyon avroya başa gələcək.

Qeyd edək ki, "Ayaks" Mika Qodtsu 2021-ci ilin yanvarında "Genk"dən 1 milyon avroya transfer edib. Belçika millisinin üzvü 2025/26 mövsümündə Amsterdam təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 17 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti