"Neftçi"də gözlənilməz ayrılıq - SON DƏQİQƏ

17:20 - 7 Avqust 2026

"Araz-Naxçıvan" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Muxtar respublika təmsilçisi "Neftçi"nin hücumçusu Ağadadaş Salyanskini heyətinə qatıb.

Gənc futbolçu icarəyə götürülüb.

22 yaşlı oyunçu yeni mövsümü "Araz"da keçirəcək.

Ağadadaşın xidmətində bir neçə Premyer Liqa klubu maraqlı idi.

Amma oyunçu "Neftçi"də davam etməkdə qərarlı idi.

Mövsümün startına sayılı günlər qalmış "ağ qaralar"ın yetirməsi gözlənilmədən getmək qərarı verib.

Xəbər xətti