"Kəpəz" sabiq futbolçusunu qaytarmaq istəyir

17:37 - 7 Avqust 2026

"Kəpəz" klubu Azərbaycan millisinin sabiq futbolçusu Namik Ələskərovu heyətinə qatmaq istəyir.

Sportal.az Sport24.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisi 31 yaşlı yarımmüdafiəçi ilə danışıqlar aparır.

"Sarı-göylər" "Zirə"dən ayrılan futbolçunu transferə razı salmağa çalışır. 

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi 2015/2016 mövsümündə də Gəncə klubunun formasını geyinib.

Ələskərov 2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında cəmi 10 oyunda meydana çıxıb və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Xəbər xətti