"Real" argentinalı futbolçunu icarəyə verdi

18:59 - 7 Avqust 2026

"Real"In futbolçudu Franko Mastantuono karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Fiorentina" argentinalı vingeri icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı oyunçu 2026/27 mövsümündə Florensiya təmsilçisinin formasını geyinəcək. Klublar arasındakı anlaşmada satınalma bəndi yer almayıb.

Qeyd edək ki, "Real" Franko Mastantuononu 2025-ci ilin yayında "River Pleyt"dən 45 milyon avroya transfer edib. Argentina millisinin üzvü "kral klubu"nun heyətində meydana çıxdığı 35 rəsmi matçda 3 qol vurub.

Xəbər xətti