"Hələ heç nə bitməyib, son dəqiqəyə kimi döyüşəcəyik" - Musa Qurbanlı

19:22 - 7 Avqust 2026

"Qarabağ" UEFA Konfrans Liqası III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə Kiyev "Dinamo"suna 0:1 hesabı ilə uduzub.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin hücumçusu Musa Qurbanlı matçdan sonra instaqram hesabında paylaşım edib. 24 yaşlı forvard hələ heç nəyin bitmədiyini bildirib:

"Hələ heç nə bitməyib, son dəqiqəyə kimi döyüşəcəyik. Bizim xarakterimizdə təslim olmaq yoxdur".

Qeyd edək ki, "Qarabağ"ın "Dinamo" ilə cavab qarşılaması avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

Xəbər xətti