İsmael Bennaser “Milan”dan ayrılıb.
Sportal.az xəbər verir ki, "Milan" 28 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verildiyini açıqlayıb.
Əlcəzairli futbolçu 2019-cu ildən Milan klubunda çıxış edirdi. Ötən mövsümü isə icarə əsasında "Dinamo" (Zaqreb)də keçirib.
İnsayder Fabritsio Romanonun məlumatına görə, Bennaser karyerasını Qətərin "Əl-Qarafa" klubunda davam etdirəcək.
saytlarin hazirlanmasi
