Asiya Kubokundan sonra vətənə qayıtmaqdan imtina edən 2 futbolçu Avstraliya vətəndaşlığı aldı

00:55 - 8 Avqust 2026

İran qadın millisinin vətənə qayıtmaqdan imtina edən iki futbolçusu Avstraliya vətəndaşlığı alıb.

Sportal.az xəbər verir ki, daha əvvəl Asiya Kubokundan mübarizədən kənarlaşdırıldıqdan sonra İran millisinin 6 futbolçusu və 1 əməkdaşı komandanın düşərgəsini tərk etmişdi. Turnir Avstraliyada keçirilirdi. Avstraliya onlara sığınacaq və humanitar vizalar təqdim edib. Lakin sonradan iranlılardan 5-i vətənə qayıtmaq qərarına gəlib.

Çərşənbə günü isə Avstraliyada qalan 34 yaşlı Atefe Ramazanisade və 22 yaşlı Fatime Pasandide bu ölkənin vətəndaşlığını alıblar. Vətəndaşlıq mərasimində Avstraliyanın daxili işlər naziri Tony Burke də iştirak edib.

Ramazanisade bu günü “həqiqətən xüsusi və unudulmaz gün” adlandırıb. O, Avstraliya vətəndaşı olmaqdan qürur duyduğunu və buna görə dərin minnətdarlığını bildirib.

Xəbər xətti