Toral Bayramov oynadı, "Bursaspor" qalib gəldi - VİDEO

09:17 - 10 Avqust 2026

Azərbaycan milli komandasının üzvü Toral Bayramov "Bursaspor"da rəsmi debüt edib.

Sportal.az xəbər verir ki, Bayramovun komandası Türkiyə birinci liqasının ilk turunda "Bodrumspor"un qonağı olub.

"Bursaspor" bu görüşdə 2:0 qalib gəlib. Onların qollarını Keleçi İhenaço və Linkoln Henrike vurub.

Toral isə meydana ikinci hissədə daxil olub.

Xəbər xətti