"Napoli" komandadan ayrılacağı gözlənilən Romelu Lukakuya əvəzləyici tapıb.
Sportal.az xəbər verir ki, A Seriyası nəhənginin əsas hədəfi "Arsenal"da çıxış edən Qabriel Jezusu transfer etməkdir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Neapol təmsilçisi artıq braziliyalı hücumçu ilə razılıq əldə edib. "Napolu" Lukakunu satdıqdan sonra Jezus üçün İngiltərə klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Arsenal" Qabriel Jezusu 2022-ci ilin yayında "Mançester Siti"dən 52 milyon avroya transfer edib. Braziliya millisinin üzvü olan 29 yaşlı forvard 2025/26 mövsümündə "topçular"ın heyətində meydana çıxdığı 24 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
