"Barselona"nın futbolçusu Runi Bardaqji ağır zədə alıb.
Sportal.az xəbər verir ki, isveçli vingerin dizinin ön çarpaz bağları yırtılıb. Bu barədə yerli mətbuat məlumat yayıb.\
20 yaşlı oyunçu təxminən 6-7 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Barselona" Runi Bardaqjini 2025-ci ilin yayında "Kopenhagen"dən transfer edib. İsveç millisinin üzvü Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
