"Dinamo"nun müdafiəçisi Tomaş Kendzora UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ"a qarşı cavab matçını buraxacaq.
Sportal.az xəbər verir ki, bu barədə "sportarena.ua" saytı məlumat yayıb.
32 yaşlı futbolçu son məşqdə orta ağır dərəcəli beyin silkələnməsi aldığından komanda ilə Bakıya uçmayıb. Həkimlərin qiymətləndirməsinə görə, polşalı oyunçu məşq prosesinə ən tez bir həftədən sonra qayıda biləcək.
Kendzora bu mövsüm 5 matçda iştirak edib, məhsuldar ötürmə və ya qolla yadda qalmayıb.
Qeyd edək ki, "Qarabağ" - "Dinamo" qarşılaşması sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Komandalar arasındakı ilk matç Kiyev təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi
