"Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü

14:11 - 13 Avqust 2026

Abdulla Rzayev icarə əsasında “Araz-Naxçıvan”ın formasını geyinəcək.

Sportal.az xəbər verir ki, müqavilə ilə “Sabah”a məxsus olan müdafiəçi ilə anlaşma 1 illikdir. 24 yaşlı futbolçu 2023-2024-cü illər mövsümündə də komandanın heyətində çıxış edib. O, son mövsümü “Şamaxı”da keçirib. 

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mamadu Kane, Ağadadaş Salyanski, Boyan İliç, Mustafa Əhmədzadə və Luka Dumançiçlə müqavilə imzalayıb.

Xəbər xətti