UEFA Konfrans Liqası pley-off mərhələsinin "Qarabağ"la "Tvente" arasında keçiriləcək cavab matçının hakimləri açıqlanıb.
Sportal.az xəbər verir ki, görüşü Albaniyadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Yucin Caya olacaq. Ona yan xətlərdə Rejdi Avdo və Mario Şazivari köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Emanuela Rusta yerinə yetirəcək. VAR-da italiyalı Canluka Aureliano, AVAR-da isə albaniyalı Albert Doda əyləşəcək.
Qeyd edək ki, "Tvente" - "Qarabağ" qarşılaşması avqustun 20-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
saytlarin hazirlanmasi
