"Qalatasaray" hücumçusunu icarəyə verdi

16:33 - 14 Avqust 2026

"Qalatasaray" hücumçu Halil Dervişoğlunu icarəyə verib.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi türkiyəli forvardı "Qaziantep"ə göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu 2026/27 mövsümünü bu komandanın heyətində keçirəcək.

Qeyd edək ki, Halil Dervişoğlu ötən mövsüm icarə əsasında "Rizespor"da çıxış edib. Türkiyə millisinin sabiq üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 5 qol vurub.

Xəbər xətti