"Real" 2 futbolçu ilə yollarını ayırmağa hazırlaşır

17:34 - 14 Avqust 2026

"Real" cari transfer pəncərəsində sol cinah müdafiəçisi Ferlan Mendi və mərkəz müdafiəçisi Raul Asensionu satmağı planlaşdırır.

Sportal.az xəbər verir ki, bu barədə "Diario AS" nəşri məlumat yayıb.

​"Kral klubu"nun rəhbərliyi Mendinin tez-tez zədələnməsi səbəbindən onunla yolları ayırmaq qərarına gəlib. Klubun 23 yaşlı yetirməsi Asensioya gəldikdə isə, o, yeni baş məşqçi Joze Mourinyonun taktiki planlarına daxil deyil.

Qeyd edək ki, "Real" ​İspaniya La Liqasının yeni mövsümünü səfərdə "Espananyol"a qarşı keçirəcəyi oyunla başlayacaq. Görüş avqustun Bakı vaxtı ilə 22-də saat 23:30-da baş tutacaq.

Xəbər xətti