Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk turunun oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.
Günün ilk matçı Qəbələdə keçirilib. Burada "Araz-Naxçıvan" "İmişli"ni qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Son çempion "Sabah" isə doğma meydanda "Kəpəz"i sınağa çəkib. Burada paytaxt təmsilçisi qələbəyə sevinib.
Misli Premyer Liqası
I tur
15 avqust (şənbə)
“Araz-Naxçıvan” – “İmişli” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Ruslan Quliyev
VAR: Nicat İsmayıllı
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu, 18:30
“Sabah” – “Kəpəz” 2:0
Qol: Mikels, 72, Severina, 90+1
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Bank Respublika Arena”, 20:45

