Millimizin üzvünün qolu komandasını məğlubiyyətdən xilas etmədi

23:01 - 15 Avqust 2026

Anatoli Nuriyevin formasını geyindiyi "Kişvarda "Macarıstan çempionatında dördüncü turun matçını keçirib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvünün yeni komandası səfərdə "Nyiregyhaza" klubunun qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Nuriyev matçın 57-ci dəqiqəsində meydana daxil olub və komandasının yeganə qoluna imza atıb.

Qeyd edək ki, aktivində 4 xalı olan "Kişvarda" 8-ci pillədə yer alıb.

Xəbər xətti