İngiltərə Superkubokunun qalibi bəlli oldu - Artetalı "Arsenal"ın 5-ci kuboku

22:06 - 16 Avqust 2026

Mikel Arteta məşqçi karyerasında 5-ci kubokunu qazanıb və bütün titullarını “Arsenal”la əldə edib.

Sportal.az xəbər verir ki, bu gün Artetanın rəhbərlik etdiyi "Arsenal" İngiltərə Superkuboku uğrunda oyunda "Mançester Siti"ni 3:0 hesabı ilə məğlub edib.

Artetanın “Arsenal”la məşqçi kimi qazandığı titullar:

İngiltərə Kuboku — 2020

İngiltərə Superkuboku — 2020

İngiltərə Superkuboku — 2023

Premyer Liqa — 2026

İngiltərə Superkuboku — 2026

Onu da qeyd edək ki, "Arsenal" turnirin tarixində 18 kubokla ən çox qalib gələn ikinci klub olub. Rekord 21 qələbə isə "Mançester Yunayted"ə məxsusdur.

16 avqust

"Arsenal" - "Mançester Siti" - 3:0

Qollar: Kalafyori, 1, Haverts, 28, Edeqor, 48

Xəbər xətti