UEFA Konfrans Liqasının Pley-off mərhələsi çərçivəsində keçiriləcək “Twente” (Niderland) - “Qarabağ” matçını "FC Twente Stadion"da izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az saytında onlayn şəkildə bu gün saat 17:00-dan etibarən satışda olacaq.
Sportal.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Biletlərin qiyməti AZN-dir.
Azarkeşlərdən vauçerləri alarkən e-mail ünvanlarını düzgün qeyd etmələri xahiş olunur.
Vauçerlər əldə edildikdən sonra, oyun gününədək, alış zamanı qeyd olunan e-mail ünvanına biletlər göndəriləcək.
Bilet əldə edən şəxslərdən stadiona gələrkən şəxsiyyətlərini təsdiq edən sənədi özləri ilə gətirmələri xahiş olunur.
Stadiona giriş yalnız biletlə mümkün olacaq və şəxsiyyətinizi təsdiq edən sənəd mütləq üzərinizdə olmalıdır.
"Qarabağ" azarkeşləri üçün "FC Twente Stadion"da 1500 yer ayrılıb. Ayrılmış sektorlara (325,326) giriş "Gate X" vasitəsilə olacaq.
Qeyd edək ki, "Twente" - "Qarabağ" oyunu avqustun 20-i Bakı vaxtı ilə 22:00-da, yerli vaxtla isə (Niderland) 20:00-da start götürəcək.
saytlarin hazirlanmasi
