"Tottenhem"in qapıçısı "Yuventus"a keçir

17:10 - 17 Avqust 2026

"Tottenhem"in qapıçısı Qulyelmo Vikario ölkəsinə qayıdacaq.

Sportal.az xəbər verir ki, "Yuventus" italiyalı qolkiperi icarəyə götürəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Klublar arasındakı anlaşmada satınalma bəndi yer alıb. 29 yaşlı futbolçu yaxın günlərdə A Seriyası nəhəngi ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, "Tottenhem" Canluka Vikarionu 2023-cü ilin yayında "Empoli"dən 18,5 milyon avroya transfer edib. İtaliya millisinin üzvü 2025/26 mövsümündə London təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 65 qol buraxıb, 13 oyunda isə qapısını toxunulmaz saxlamağı bacarıb.

Xəbər xətti