Azərbaycan çempionatının I Liqasında çıxış edən “Ordu” klubunun yeni mövsümdən akademiyası fəaliyyət gətirəcək.
Sportal.az Aut.az-a istinadən xəbər verir ki, klubun akademiyasının komandaları bu mövsüm respublika çempionatında müxtəlif yaş qrupları üzrə iştirak edəcək. Belə ki, “Ordu” U-8, U-9, U-10, U-11, U-12, U-13, U-15 və U-16 liqalarında təmsil olunacaq.
Akademiyanın rəhbəri vəzifəsinə isə Elnur Əliyev təyin edilib.
Yeni akademiyanın əsas məqsədlərindən biri aşağı yaş qruplarında futbolçuların yetişdirilməsi və gələcəkdə “Ordu”nun əsas komandasına perspektivli oyunçular qazandırmaq olacaq.
saytlarin hazirlanmasi
