Serbiyanın "Srvena Zvezda" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Belqrad təmsilçisini Albert Riera çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı mütəxəssislə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Albert Rieranın son iş yeri mayda ayrıldığı "Ayntraxt" olub. "Srvena Zvezda" isə Deyan Stankoviçlə yollarını ayırıb.
saytlarin hazirlanmasi
