Mahir Emreli oynadı, komandası çempionatda ilk qələbəsini qazandı

22:01 - 11 Sentyabr 2026

Polşa Ekstraklasasında 7-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Rakuv” öz meydanında “Motor”la qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Matça əsas heyətdə başlayan Emreli 87–ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, çempionatda ilk qələbəsini qazanan "Rakuv" 7 oyundan sonra 3 xalla sonuncu yeri tutur.

Xəbər xətti