İsmail Kartal “Fənərbaxça”nın baş məşqçisi vəzifəsində qalıb.
Sportal.az xəbər verir ki, klubun açıqlamasında belə qeyd olunub:
“Baş məşqçimiz İsmail Kartal vəzifəsində qalır. Komanda sabah saat 11:30-da “Qaziantep”lə keçirəcəyi matça hazırlığını davam etdirəcək. Məşq İsmail Kartalın rəhbərliyi altında keçiriləcək”.
Xatırladaq ki, 65 yaşlı mütəxəssis Çempionlar Liqasının qrup mərhələsində “Roma” ilə oyundan (1:1) sonra istefa verdiyini açıqlamışdı. Klubun prezidenti Əziz Yıldırım isə baş məşqçinin istefasını qəbul etmədiyini bildirmişdi.
Türkiyə Super Liqasında “Fənərbaxça” hazırda 4 oyundan 6 xalla 9-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi
