"Sumqayıt" Burkino-Faso millisinin üzvünü transfer etdi - RƏSMİ

22:37 - 11 Sentyabr 2026

“Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son olaraq Fransanın “Qrenobl” komandasında çıxış etmiş Mamadi Banqre ilə 1+2 illik müqavilə imzalanın. 25 yaşlı vinger “11” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Mamadi Banqre Fransanın “Tuluza” komandasının yetirməsidir. O, karyerası ərzində “Tuluza” ilə yanaşı “Trua”, “Pau”, “Qrenobl” kimi komandaların şərəfini qoruyub.

Banqre həmçinin vətəni olan Burkina-Faso millisində 9 oyun keçirib.

Xəbər xətti