Azərbaycanın üç klubu Avropa Minifutbol Federasiyasının (EMF) Çempionlar Liqasında mübarizəyə başlayıb.
Sportal.az xəbər verir ki, “Birbaşa Bakı” E qrupunda İngiltərənin “Ardeleni” komandasına 3:2 hesabı ilə qalib gəlib.
Ölkə çempionu “Zirə” G qrupunda Bosniya və Herseqovinanın “Krayna Plan 21” kollektivi ilə heç-heçə edib(1:1).
“Aznur” isə F qrupunda iki oyun keçirib və hər ikisində məğlub olub.
Komanda Polşanın “Sokil” klubuna 0:2, İngiltərənin “Bukovina Badeuti” kollektivinə isə 2:3 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi
