Fransa ilə oyundan əvvəl Türkiyə millisində narahatlıq

20:52 - 24 Sentyabr 2026

Türkiyə milli komandası UEFA Millətlər Liqası A Liqasının I turunun ilk turu çərçivəsində evdə Fransa yığmasını qəbul edəcək.

Sportal.az xəbər verir ki, "ay-ulduzlular"ın iki futbolçusu vacib oyunu buraxa bilər. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi Orkun Kökçü ilə qapıçı Muhammed Şengezerin durumu müəmmalıdır. Yüngün zədəsi olan futbolçular komandanın oyunöncəsi son məşqində iştirak etməyiblər.

Qeyd edək ki, Türkiyə - Fransa qarşılaşması sabah Kocaeli şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Xəbər xətti