"Real"ın müdafiəçisi İbrahima Konate sıradan çıxıb.
Sportal.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu Fransa milli komandasının düşərgəsində zədələnib. Təcrübəli mərkəz müdafiəçisinin sağ dizinin yan bağında zədə aşkarlanıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, İbrahima Konate "Liverpul"la müqaviləsi başa çatdıqdan sonra yayda azad agent statusu ilə "Real"a keçib. Arxa xətt oyunçusu Madrid təmsilçisinin heyətində 7 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
