"İmişli" "Araz-Naxçıvan"a qalib gəldi

19:14 - 27 Sentyabr 2026

“İmişli” yoxlama oyunu keçirib.

Sportal.az xəbər verir ki, Fərid Namazovun rəhbərlik etdiyi kollektiv “Araz-Naxçıvan”la qarşılaşıb. Matç "İmişli"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. ⚽️

Bölgə təmsilçisinin qollarını Azər Salahlı, Xəlil Mürsəlli və Françisko Morais (Deku) vurublar.

“İmişli” növbəti yoxlama oyununu oktyabrın 3-də BOS-un ehtiyat meydançasında “Şəfa” komandasına qarşı keçirəcək.

Xəbər xətti