Misli Premyer Liqasında II turdan təxirə salınmış “Sabah” - “Sumqayıt” və “Qarabağ” - “Kəpəz” qarşılaşmalarının oyun cədvəli məlum olub.
Sportal.az xəbər verir ki, hər iki matç eyni gündə keçiriləcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
17 dekabr (cümə axşamı)
“Sabah” – “Sumqayıt”
“Dalğa Arena”, 15:00
“Qarabağ” – “Kəpəz”
Tofiq Bəhramov adına Respublika Stadionu, 18:30
