"İnter"dən ayrılan müdafiəçi bu klubla anlaşdı

17:14 - 29 Sentyabr 2026

"İnter"dən ayrıldıqdan sonra klubsuz olan Matteo Darmian A Seriyasına qayıdır.

Sportal.az xəbər verir ki, italiyalı müdafiəçi "Bolonya" ilə anlaşıb. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

36 yaşlı sağ cinah müdafiəçisi A Seriyası klubu ilə 2026/27 mövsümünün sonuna kimi nəzərədə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, Matteo Darmian 2020-ci ilin yayından "İnter"də çıxış edirdi. İtaliya millisinin sabiq üzvü Milan təmsilçisinin heyətində meydana çıxdığı 218 rəsmi matçda 13 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti