Braziliyalı müdafiəçi "Mançester Yunayted"ə keçə bilər

18:17 - 29 Sentyabr 2026

"Roma"nın müdafiəçisi Uesli karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək variantına malikdir.

Sportal.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə insayder Əkrəm Konur məlumat yayıb.

Braziliyalı futbolçunun xidmətində "Mançester Yunayted" maraqlıdır. "Qırmızı şeytanlar" 23 yaşlı sağ cinah müdafiəçisini müdafiə xəttini gücləndirmək üçün potensial namizədlər siyahısına daxil ediblər.

​Mankunianlılarla yanaşı, "sambaçı"nın adı Madridin "Atletiko"su və Londonun "Arsenal"ı ilə də hallanır.

Ueslinin  "Roma" ilə müqaviləsi 2030-cu ilin iyun ayının sonunadək qüvvədədir. Braziliya millisinin üzvü cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti