Fransa millisinin sabiq hücumçusu Tieri Anri Kriştiano Ronaldonun ətrafında yaranmış qalmaqalla bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, dünən Kopenhagendə Danimarkaya qarşı Millətlər Liqası matçı ərəfəsində Ronaldo baş məşqçi Jorje Jesusla yaşadığı münaqişə səbəbindən Portuqaliya millisinin düşərgəsini tərk edib. Ronaldonun milli komandadakı karyerasını başa vurduğu da bildirilirdi.
“Mən onların görüşündə iştirak etməmişəm. Bu, onların öz aralarında həll etməli olduqları məsələdir. Fransada bizim də öz problemlərimiz var. Bütün karyerasını bu hadisəyə görə qiymətləndirmək? Əsla. Mən Ronaldo haqqında düşünəndə bu hadisəni ümumiyyətlə xatırlamayacağam!
Ronaldo əfsanədir, burada əlavə sözə ehtiyac yoxdur. Onun futbol üçün etdikləri inanılmazdır. Dünya çempionatında göstərdiyi səyləri hamımız qeyd etdik. Böyük ehtimalla, bu onun son turniridir. Əgər hər şey belə başa çatsa...
Mən yalnız futbolçunun özündən və etdiklərindən danışıram. Ronaldoda xoşuma gələn onun xarakteri, futbolla yaşayıb nəfəs alması, futbola və rekordlara olan hədsiz bağlılığı, ən yaxşı olmaq istəyi və fiziki formasıdır. Onun hazırkı fiziki forması hətta karyerasının əvvəlindəkindən daha yaxşıdır. Bu, inanılmazdır.
Bu cür bağlılıq və əzmkarlıq olmasaydı, biz bu futbolçunu tanımazdıq. Onun sayəsində çox inanılmaz anlar yaşamışıq. Ronaldoya böyük hörmətim var. Messiyə və uzun illər zirvədə qalmağı bacaran bütün futbolçulara olduğu kimi”- deyə Anri bildirib.
saytlarin hazirlanmasi
