Erik Qarsiya və Qrimaldodan sonra daha bir futbolçu millinin düşərgəsini tərk etdi

23:29 - 1 Oktyabr 2026

Niko Uilyams zədə səbəbindən İspaniya millisinin düşərgəsini tərk edib.

Sportal.az xəbər verir ki, cinah oyunçusu Millətlər Liqasında Xorvatiyaya qarşı keçirilən və İspaniyanın 4:1 hesabı ilə qalib gəldiyi oyundan sonra sol bud nahiyəsində narahatlıq hiss etdiyini bildirib.

O, cümə axşamı məşqi buraxıb və tibbi müayinədən sonra bərpa prosesini klub həkimlərinin nəzarəti altında davam etdirmək üçün “Atletik”ə göndərilib.

Daha əvvəl səhhətində yaranan problemlər səbəbindən Erik Qarsiya və Alexandro Qrimaldo da millinin düşərgəsini tərk ediblər. Hər üç futbolçu 3 oktyabrda Çexiyaya və 6 oktyabrda Xorvatiyaya qarşı keçiriləcək oyunları buraxacaqlar.

Xəbər xətti