“Sabah” legioneri ilə yollarını ayırdı - Kosovoya transfer olundu

13:40 - 3 Oktyabr 2026

"Sabah" futbolçusu Oluvasen Timilehinlə yollarını ayırıb.

Sportal.az Sport24.az-a istinadən xəbər verir ki, 21 yaşlı nigeriyalı hücumçu karyerasını Kosovoda davam etdirəcək. O, "Ferizaj" klubuna transfer olunub.

Tərəflər arasında 3 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Oluvasen Timilehin əsasən "Sabah-2"nin formasını geyinib. Nigeriyalı futbolçu "bayquşlar"ın əsas komandasında cəmi 2 matçda meydana çıxıb.

Timilehin 2025-ci ildə isə "İmişli"yə icarəyə verilib.

Xəbər xətti