İtaliya A Seriyasında avqust və sentyabr aylarının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Frozinone"ni çalışdıran Massimiliano Alvini başa çatan ayların ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
"Frozinone" bu mövsüm İtaliya çempionatının elitasına qayıdıb. 56 yaşlı mütəxəssisin komandası cari mövsüm keçirdiyi 5 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə isə məğlub olub.
Qeyd edək ki, "Frozinone" A Seriyasında 5 turdan sonra 10 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
